Koronavirusla mübarizə aparan tibb işçilərinə 95,5 milyon manat əlavə ödənilib

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla mübarizə aparan tibb işçilərinə 95,5 milyon manat əlavə ödənilib

Sosial

07 Oktyabr 2020 14:57 983


Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart-avqust ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 95,5 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Yenisabah.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla xəbər verir ki, aylar üzrə tibb işçilərinə aşağıda qeyd edilən qədər vəsait ödənilib:  

Mart ayı üzrə 24 min 388 nəfərə 11,7 milyon manat; Dominos pizza

Aprel ayı üzrə 13 min 245 nəfərə 14,1 milyon manat;

May ayı üzrə 11 min 638 nəfərə 14,3 milyon manat; 

İyun ayı üzrə 14 min 784 nəfərə 18,2 milyon manat; 

İyul ayı üzrə 15 min 805 nəfərə 20 milyon manat; 

Avqust ayı üzrə 14 min 91 nəfərə 17,2 milyon manat.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!