“Koronavirusun qarşısını alan bir vasitə var, o da...”   - Həkim məsləhəti

saytların hazırlanması

Evə çatdırılma

“Koronavirusun qarşısını alan bir vasitə var, o da...” - Həkim məsləhəti

Sosial

08 Oktyabr 2020 16:09 1677


Son bir neçə gündə qonşu ölkələrdə yoluxma sayı kəskin şəkildə artıb. Belə ki, virusdan qorunması ilə nümunə göstərilən Gürcüstanda təkcə bu gün 472 nəfərdə koronavirus aşkarlanıb. Bu say Ermənistanda 718, Rusiyada 11 493, İranda 4 392 müəyyənləşib. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir, gündəlik yoluxma sayı 150 nəfər civarında olur.

Maraqlıdır, regionda koronavirusun yayılma arealının genişlənməsi Azərbaycana da təsir göstərə bilər? Ölkədə təkrar kritik vəziyyətin yaranması gözlənilir?

Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlama bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların sayının az olma səbəbi müraciətlərin lazım olan yerlərə edilməməsidir: Pepperoni pizza

“Azərbaycanda yoluxanların sayının az olma səbəbi onunla bağlı deyil ki, yoluxan yoxdur. Öz həkimlərinin məsləhəti ilə müalicə olunun xəstələrin sayı həddindən artıq çoxdur. Ona görə də bizdə sayın miqdarı az çıxır. Statistika nə digər ölkələrdə, nə də bizdə tam əhatə olunur. Əksəriyyət xəstəxanaya getmir, çoxu bunu üzə çıxarmaqdan qorxur. Gedib həkim tapırlar, həkimlər də TƏBİB-in proqramını bilir və onu tətbiq edirlər”.

Həkim qeyd edib ki, digər ökələrdə qaydalara əməl olunmadığı üçün yoluxanlar artır:

“Əgər maskalardan lazımi səviyyədə istifadə olunmasa, yoluxma mütləq ki, artacaq. Bu, bütün hər yerə şamil edilir. Virusun qarşısını alan bir vasitə var, o da maskadır. Məlumdur ki, bir müddət əvvəl Gürcüstanda insanlar özlərini çox yaxşı qoruyurdular, amma qorumağın da bir limiti var, müəyyən qədər qorunandan sonra virusa rast gəlmədikcə insanlarda bir qədər rahatlıq yaranır və virus da bu rahatlıqdan istifadə edərək yayılır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!