“Kreditə pul verilir” adı altında kiber dələduzluq - Dəstə yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

“Kreditə pul verilir” adı altında kiber dələduzluq - Dəstə yaxalandı

Kriminal

02 Avqust 2023 15:05 1566


Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, qrup üzvləri “komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıb və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar. 

Əməliyyatçıların Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri - paytaxt sakini, əvvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Kənan Əmrahlı, 2003-cü il təvəllüdlü Raqif Məmmədov, 1994-cü il təvəllüdlü Zahir Xalidoğlu və 1995-ci il təvəllüdlü Emin İsmayılovdur.  Dominos pizza

Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Hazırda saxlanılan şəxslər barəsində  araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!