“Kreml erməniləri arxayın salmaq istəyir ki...” - Bu açıqlamalar cavabsız qalmamalıdır

saytların hazırlanması

Evə çatdırılma

“Kreml erməniləri arxayın salmaq istəyir ki...” - Bu açıqlamalar cavabsız qalmamalıdır

Siyasət

04 Mart 2021 19:31 1131


"Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin rusiyalı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib: “Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar”".

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun fikrincə, Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir: Toyuqlu pizza

"Zatulin bilir ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətindən narazıdır. Zatulin Prezident İlham Əliyevin son geniş mətbuat konfransında rusiyalı hərbçilərlə bağlı “5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək” cümləsi ilə də tanışdır. Zatulin bunları bildiyinə və bizi qıcıqlandırmaq üçün rusiyalı hərbçilərin Dağlıq Qarabağda əbədi varlığından danışır. Eyni sözləri Vladimir Jirinovski də demişdi. Jirinovski, Zatulin və onları danışdıran Kreml erməniləri arxayın salmaq istəyir ki, Rusiya ordusu həmişəlik Dağlıq Qarabağda yerləşib. Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir. Ancaq Zatulinin və Jirinovskinin bu açıqlamaları da cavabsız qalmamalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!