“Kreml Minskə heyət göndərməyə hazırdır“ - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Kreml Minskə heyət göndərməyə hazırdır“ - Peskov

Dünya

25 Fevral 2022 17:30 552


"Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətini Minskə göndərməyə hazırdır".

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kremlin nümayəndələri daxil olacaq. Sezar pizza

“Zelenski Ukraynanın neytral statusu məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hərbi əməliyyatın məqsədi Luqansk və Donetsk "xalq respublikaları"na kömək etmək, Ukraynanı hərbisizləşdirmək və qeyri-mililəşdirməkdir. Bu, əslində, neytral statusun ayrılmaz hissəsidir", - deyə Peskov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!