Kreml Türkiyənin BRICS-ə daxil olmasına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml Türkiyənin BRICS-ə daxil olmasına münasibət bildirdi

Dünya

04 İyun 2024 14:03 308


Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O bu mövzunun BRICS-in sammitində müzakirə oluncağını söyləyib. pizza hut

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin bu il ərzində BRICS-ə üzv olmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.

Xatırladaq ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!