“Bu gün Moskvada baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentə daxili siyasətlə bağlı onlarla irad-tənqid bildirmək olar, amma Qarabağ məsələsində hansısa ciddi səhvi, güzəşti olmayıb, bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır”.
Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
“Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya "sülhməramlıların" suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların oraya dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin. pizza
Rusiya mənbələrinə görə bu gün əsas 2 məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür.
Artıq diplomatik "savaşın" yeni mərhələsi başladı, bu yolun uğurlu olmasının təməlini Azərbaycan əsgəri qoyub! Allah əsgərimizi, Ordumuzu qorusun, Tanrı diplomatlarımıza zehin açıqlığı nəsib etsin!”,-deyə Natiq Cəfərli əlavə edib.
Telegram kanalımız