Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır və bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. Çoxlu ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, - deyə Kreml sözçüsü vurğulayıb. Pepperoni pizza
Telegram kanalımız