Krım körpüsündə partlayan yük maşınının sahibi danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Krım körpüsündə partlayan yük maşınının sahibi danışdı - Video

Hadisə

08 Oktyabr 2022 20:20 1483


Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov hadisədə iştirakının olmadığını bildirib.

Yenisabah.az xəbər verir ki, onun videomüraciəti sosial şəbəkələrdə yayılıb.

“Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur”, - deyə o bildirib. pizza mizza

Yusubov təsdiqləyib ki, yük maşını onun adına rəsmiləşdirilib, dayısı isə həmin maşında yük daşıyıb.

Hazırda Yusubovun yaxınları axtarılır, özü isə xaricdədir.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!