Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın strukturda öz statusunu rəsmən aydınlaşdıracağını gözləyir.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində deyib.
“Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi situasiyaya aydınlıq gətirəcək və rəsmi qərar verəcək: təşkilatın tərkibində olub-olmamaq”. Toyuqlu pizza
Bundan əvvəl baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.
Tasmaqambetovun sözlərinə görə, KTMT Ermənistan qarşısında bütün öhdəliklərini özündə saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.
Telegram kanalımız