Bakıda fərdi evdə yanğın məhdudlaşdırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. pizza sifarişi
Həyata keçirilmiş tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.
Yenisabah.az xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız