Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub.
Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.
Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib. Dördpendirli pizza
Özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.
Mövzuyla bağlı danışan Qurban Məsimov bildirib ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdə olacaq və direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.
Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb.
Telegram kanalımız