Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
S. Eminova dekabrın 10-da uşaqlığın leomioması, qanaxma ilə anemiya diaqnozu ilə xəstəxanaya daxil və həmin gün saat 12:00-da isə əməliyyat olunub. pizza hut
Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat etmişdir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.
Telegram kanalımız