Kürdəmirdə 16 yaşlı qızın nişanlanması: Valideynlərə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə 16 yaşlı qızın nişanlanması: Valideynlərə xəbərdarlıq edildi

Hadisə

17 Noyabr 2022 10:00 739


Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.

Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Pepperoni pizza

Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!