Kürdəmirdə dəhşətli qəza: Piyadanın bədəni bir neçə hissəyə parçalandı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə dəhşətli qəza: Piyadanın bədəni bir neçə hissəyə parçalandı

Hadisə

23 Oktyabr 2022 21:46 1460


Kürdəmir rayonunda avtomobillərin altında qalan piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı sakini Alızadə İsmayıl Sakit oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Ərəbqubalı kənd sakini Əliyev İlham Sabir oğlunu vurub. Toyuqlu pizza

Piyada zərbənin təsirindən yolun digər hissəsinə düşüb və digər avtomobillərin altında qalıb. Nəticədə piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Dünyasını dəyişən şəxsin cəsədinin qalıqları yoldan yığılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!