Kürdəmir rayonunda tövlədə yanğın nəticəsində 39 baş iri buynuzlu heyvan tələf olub.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Fermer Əlvan Qəniyevə məxsus fermanda yanğın olub. Nəticədə tövlədə olan 39 baş iri buynuzlu heyvanın bəzisi yanaraq, bəzisi isə tüstüdən boğularaq tələf olub. pizza mizza
Yanğın nəticəsində fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib.
Telegram kanalımız