Lənkəranda avtomobil 200 metrdən aşdı, ata və oğul ağır xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda avtomobil 200 metrdən aşdı, ata və oğul ağır xəsarət aldı

Hadisə

09 Oktyabr 2022 17:30 1049


Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.

Yenisabah.az xəbər verir ki, 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir. Dördpendirli pizza

Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!