Lənkəranda axundu motosiklet vurdu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda axundu motosiklet vurdu

Hadisə

18 Noyabr 2022 23:26 900


Lənkəranda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Mamusta kəndi ərazisində baş verib.

Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub. Toyuqlu pizza

Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!