Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə məscidin ərazisində baş verib.
H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq onun intihar etməsində heç kəsin günahının olmadığını bildirib. Marqarita pizza
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız