2020-ci ildə Türkiyədə qətlə yetirilmiş məşhur "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun da olduğu avtomobil güləbaran edilib.
Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə sentyabrın 19-da yerli vaxtla gecə saat 22.30 radələrində Antalyanın Beylikdüzü Kavaklı küçəsində baş verib.
Nadir Səlifovun bacısı oğlu Maqamet Kurbanov, təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucovun olduğu avtomobil təqib olunub. Bir müddət sonra müəmmalı şəxslər maşına yaxınlaşaraq ona atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb. pizza mizza
Avtomobildə olan təqaüdçü polis Yılmaz Dəmir həyatını itirib. Maqamet Kurbanov, Mehmet Acermen və İsrafil Orucov isə yaralanıblar.
Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həyatını itirən təqaüdçü polis əməkdaşının cəsədi təcili yardımla Ədliyyə Tibb Morquna göndərilib.
Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb./Qaynarinfo
Telegram kanalımız