Lukaşenko: “Ukrayna Belarusa zərbə endirəcəkdi“

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: “Ukrayna Belarusa zərbə endirəcəkdi“

Dünya

01 Mart 2022 15:50 901


"Rusiya qoşunlarının Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl Ukrayna hərbçiləri Belarus ərazisinə zərbə endirmək istəyiblər, lakin RF Silahlı Qüvvələri bunun qarşısını alıb".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında o izah edib ki, xüsusi əməliyyata başlamaq qərarından əvvəl Belarus və Rusiya kəşfiyyatı Ukrayna ərazisində Belarus sərhədinin bilavasitə yaxınlığında bir neçə zenit və raket diviziyasını aşkar edib. Dördpendirli pizza

Lukaşenkonun sözlərinə görə, onlar Belarus ərazisində cəmləşən ərazilərdə rus qoşunlarına zərbə endirmək üçün hazır vəziyyətinə gətiriblər:

"Əməliyyatın keçirilməsi ilə bağlı qərarın elan edilməsi ilə eyni vaxtda Rusiya itkilərinin və Belarusa təsirinin qarşısını almaq üçün bu ağır silahlara, mövqelərə qabaqlayıcı zərbələr endirdi. Əgər bu edilməsəydi, bu raketlər Qomel və Mozıra enəcəkdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!