Lukaşenkonun həbsi tələb edildi - Eks-prezidentdən sensasiyalı çağırış

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkonun həbsi tələb edildi - Eks-prezidentdən sensasiyalı çağırış

Dünya

01 İyun 2024 08:55 610


“Çoxlarını maraqlandırır ki, Aleksandr Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”. 

Yenisabah.az xəbər verir ki, bunu Monqolustanın keçmiş prezidenti Tsaxiaqiyn Elbeqdorj sosial şəbəkələrdə yazıb. 

“Monqolustan “Roma statutu”nu qəbul edib. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır olun. Yaramaz diktator Kremlin layihəsini irəli aparmağa çalışır”, - deyə eks-prezident Lukaşenkonun həbsinə çağırıb.  Dominos pizza

O, hazırkı hakimiyyəti də tənqid edib: “Monqolustan Baş nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etməyə çalışdığı üçün öz qüdrətini qoruyub saxlamaq istəyir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!