Mahaçqala terrorunda rayon başçısının iki oğlu da iştirak edib

saytların hazırlanması

Evə çatdırılma

Mahaçqala terrorunda rayon başçısının iki oğlu da iştirak edib

Dünya

24 İyun 2024 09:08 707


Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.

“Yeni Sabah”xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, qardaşların ikisi də zərərsizləşdiriliblər. Məlumata görə, oğlu hücumda iştirak edən Maqomed Ömərov istefa məktubu yazıb. pizza mizza

Öldürülmüş iki terrorçunun atası Maqomed Ömərov saxlanılıb. Hazırda onun Serqakola kəndindəki evində axtarış aparılır. Oraya xüsusi təyinatlılar gəlib. Onun getdiyi məsciddə də axtarış aparırlar.

Məlumata görə, Maqomed Ömərovun 10 oğlu var.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Son məlumata görə, törədilən terror aktları zamanı 7 polis əməkdaşı və iki mülki şəxs həlak olub. Daha 25 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!