Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi

saytların hazırlanması

Evə çatdırılma

Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi

Sosial

29 Noyabr 2024 14:45 490


Samuxda məktəbdə keçirilən "Son zəng" mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb. pizza mizza

Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.

Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!