Polşanın maliyyə naziri Tadeuş Kosçinski istefa ərizəsi yazıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “TVN24” telekanalına hakim Qanun və Ədalət partiyasının nümayəndəsi Anita Çervinska məlumat verib.
Onun sözlərinə görə, nazir yeni vergi prinsiplərinin tətbiqi zamanı yol verilmiş nöqsanlara görə siyasi məsuliyyəti öz üzərinə götürüb. pizza mizza
Qanunvericiliyə görə, yeni namizəd təyin olunana qədər Baş nazir Mateuş Moravietski maliyyə nazirinin vəzifələrini yerinə yetirəcək.
Tadeuş Kosçinskinin istefa qərarı hakim partiyanın rəhbərliyi tərəfindən qəbul edilib./Report
Telegram kanalımız