“Manaf Ağayev yaxşı reaksiya verdi” - Gənc ifaçı

saytların hazırlanması

Evə çatdırılma

“Manaf Ağayev yaxşı reaksiya verdi” - Gənc ifaçı

Şou

23 Fevral 2023 11:52 851


Ceyhun Səmədov müğənnilər Manaf Ağayev və Ülviyyə Namazova ilə birgə dəvət edildiyi efirə çıxmaqdan imtina etməsindən danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, gənc ifaçı deyib:

“Verilişə çıxmamışdan onsuz da gəlməyəcəyimizi demişdik. Çünki qonaqların siyahısını istəmişdik və bu gecikmişdi. Son gün qala qonaqların siyahısı gəlmişdi və biz həm qonaqlara, həm də verilişin aparıcılarına hörmətən demişdik ki, üzürlü sayın, hamısına hörmətimiz sonsuzdur. pizza sifarişi

Sadəcə biz iştirak edə bilməyəcəyik, çünki konsept, dinləyici kütləsi uyğun deyil. Oradakı iki ifaçının dinləyici kütləsi demək olar ki, birə-bir oxşar və bənzərdir. Amma bizim janrımız tamam fərqlənir.

Ümumiyyətlə, orada çatdırılma fərqlidir. Manaf Ağayev hələ yaxşı reaksiya verdi. Çatdırılma fərqli idi ki, bu adam sizinlə verilişə çıxmaq istəmir. Kim olsa, bir az hörmətsizlik kimi qəbul edər. Amma biz hörmətsizlik etməyi düşünmürük. Tutduğu mövqedən, sənətdən fərqi yoxdur, hörmətsizlik etmək istəməmişik və etməmişik, demək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!