Manukyanın baş nazirliyi üzrə plan iflasa uğradı -   Müxalifət Köçəryanı qabağa çəkir

saytların hazırlanması

Evə çatdırılma

Manukyanın baş nazirliyi üzrə plan iflasa uğradı - Müxalifət Köçəryanı qabağa çəkir

Siyasət

04 Fevral 2021 19:17 1153


“Görünür, Ermənistanın "Vətənin xilası uğrunda" hərəkatına yeni nəfəs vermək istəyirlər. İndiki format özünü doğrultmadı və bunu ən azı... Robert Köçəryanın seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etməsi də təsdiqləyir”.

Yenisabah.az bildirir ki, bunu erməni siyasi eksperti Aşot Səfəryan deyib.

A.Səfəryan qeyd edib ki, Köçəryan müxalifət hərəkatına öz dəstəyini və rəğbətini gizlətməyib. Pepperoni pizza

Digər erməni ekspert Norayr Dunamalyanın fikrincə, "Manukyanın baş nazirliyi üzrə plan iflasa uğrayıb və indi daha güclü şəxsin namizədliyi irəli sürülməlidir, məsələn Robert Köçəryanın,  bu, mövcud çağırışlara cavab olar və elektoral dəstəyin potensialını və indiki səviyyəsini itirməməyə imkan verərdi".

Politoloq Stepan Danielyan qeyd edir ki, hərəkata daxil olan qüvvələr arasında seçkilərdə Köçəryanı dəstəkləyəcək və onun siyasi dayağı olacaq partiyalar mütləq tapılacaq, lakin o, bu qüvvələrin adını çəkməyə risk etməyib. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!