“Martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq”  - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq” - Ərdoğan

Siyasət

08 Mart 2024 23:06 1463


“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq”.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”-deyə, o bildirib. pizza sifarişi

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəlib.

O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni 5 il idarə etmək hüququ əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!