Masallıda iki kənd qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Masallıda iki kənd qazsız qaldı

Sosial

15 Dekabr 2024 17:18 259


Güclü şaxta Masallıda qaz xəttində qəza yaradıb, iki kənd qazsız qalıb.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, gecə saatlarında güclü şaxtanın təsirindən Masallı Xidmət Sahəsinin Alvadı Qazpaylayıcı Stansiyasından təbii qazla təmin edilən 273 mm diametrli ortatəzyiqli qaz kəmərinin rayonun Şərəfə kəndi ərazisindən keçən hissəsində qəza halı yaranıb.

Nəticədə, ümumilikdə 1200 abonenti əhatə edən Şərəfə və Ağakişibəyli kəndlərinə qazın verilişində müvəqqəti məhdudiyyət yaranıb. pizza hut

Müvafiq qüvvələr qəzanın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsinə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!