“McDonalds” və “Papa Johns”insanların hədəfində   - “Hamı bizi söyür“

saytların hazırlanması

Evə çatdırılma

“McDonalds” və “Papa Johns”insanların hədəfində - “Hamı bizi söyür“

Sosial

03 Noyabr 2020 11:36 1748


“McDonalds” və “Papa Johns”da çalışan menecerlər gün ərzində insanların şirkəti yığaraq təhqir etdiyini bildirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda şirkəti boykot edən vətəndaşların onları təhqir etdiyi, boş sifarişlər verdiyi qeyd olunur:

“Gün ərzində yüzlərlə şəxs əsas ofisi yığıb söyür, ağızlarına gələni deyirlər, zəng edib dəfələrlə səslərini çıxarmırlar. Operatorlar “alo-alo” deyir, sonra söyüb, dəstəyi asırlar. Kuryerlərə onlarla boş sifariş gəlir, “biz sifariş etməmişik” deyib geri qaytarırlar, ya da zənglərə cavab vermirlər”. pizza mizza

Qeyd edək ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!