Məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir

Sosial

24 Noyabr 2020 09:34 1084


Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşmüş ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb.

Yenisabah.az-ın məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda həmin məcburi köçkün ailələrinin hansı ərazilərdə məskunlaşdırılması barədə məlumatlar toplanır: "Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəymiş ziyan müəyyən edilir". (Trend)

İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəlincə isə qurumdan bildiriblər ki, hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında minalardan təmizlənir. Əməliyyatlar tam başa çatandan sonra həmin ərazilərdə quruculuq işləri başlana bilər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!