Rusiya hər gün ABŞ və onun müttəfiqlərinə ölkəyə və onun vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara görə “maksimum zərər” vurmağa çalışmalıdır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Bunun üçün biz onların iqtisadiyyatlarının kritik zəifliklərini axtarmağa davam etməli və onları bütün sahələrdə vurmalıyıq. Hər yerdə ziyan vurmaq, şirkətlərinin və dövlət qurumlarının işini iflic etmək. Onların enerji, sənaye, nəqliyyat, bank və sosial xidmətləri, sözün əsl mənasında, məhv etmək”, – deyə Medvedev teleqram kanalında yazıb. pizza mizza
Onun sözlərinə görə, Rusiya nüvə silahları istisna olmaqla, bütün mümkün silah növlərini Qərbin “düşmənlərinə” ötürməli və kosmosda müharibəyə başlamalıdır.
Medvedev həm də Qərb ölkələrinin böyük şəhərlərində kütləvi iğtişaşlar təşkil etməyə çağırıb:
“Onlar sosial partlayışlardan qorxurlar? Gəlin onları təşkil edək! Biz bütün ən məşum gecə dəhşətlərini onların media sahəsinə atmalı, onların bütün dəhşətli fantom ağrılarından istifadə etməliyik. Artıq onların psixikasını əsirgəməyə ehtiyac yoxdur!”
Telegram kanalımız