Aparıcı və müğənni Mehin Hümbətova da son günlər yayılan virusa yoluxub.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında məlumat yayıb.
Müğənni izləyicilərə özlərini qoruma tövsiyəsi verib: pizza mizza
“Neçə gündür evdə qızdırma ilə yatıram. COVİD-19 mutasiya edərək hər dəfə fərqli ştampıyla orqanizmimizi çökdürür. Yeni ilə də 39 qızdırma ilə girmişəm. Bir neçə gün sistemdən sonra özümü daha yaxşı hiss etdiyimi düşündüm və normal həyatıma geri döndüm. Amma bu ştamp heç də əvvəlkilər kimi deyilmiş.
Dəfələrlə geri qayıdır və hər dəfəsində insan qızdırmadan əziyyət çəkir. Özünüzü qoruyun, sağlam olun”.
Telegram kanalımız