Məkkədə 14 zəvvar istidən öldü 

saytların hazırlanması

Evə çatdırılma

Məkkədə 14 zəvvar istidən öldü 

Dünya

17 İyun 2024 15:40 393


Məkkədə Həcc ziyarət zamanı İordaniyadan olan azı 14 nəfər susuzluqdan və həddindən artıq istidən dünyasını dəyişib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Daha 17 zəvvarın itkin düşmüşlər siyahısında olduğu ayrıca qeyd edilir. Hazırda Məkkə və onun ətrafında havanın temperaturu orta hesabla 47 dərəcəyə bərabərdir.  pizza

Ona görə də Səhiyyə Nazirliyi ölkəyə gələn zəvvarlara daha çox su içməyi və ən isti saatlarda - saat 11:00-dan 15:00-dək açıq havada olmamağı tövsiyə edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!