Meksikada qadın prezident - İlk dəfə 

saytların hazırlanması

Evə çatdırılma

Meksikada qadın prezident - İlk dəfə 

Dünya

03 İyun 2024 09:10 423


Meksikads keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum liderdir. 

Yenisabah.az xəbər verir ki, bu barədə NMAS televiziya kanalı və "El Financiero" qəzeti öz "exit-poll"larına istinadən məlumat yayıb. 

Nəticələr təsdiqlənərsə, o, dövlət başçısı vəzifəsini icra edən ilk qadın ola bilər. Partiya sədri Mario Delqado xanım Şeynbaumun qələbəsini elan edib. Dördpendirli pizza

Delqado Morena tərəfdarlarına deyib ki, xanım Şeynbaum "çox böyük" fərqlə liderdir. 

Meksikada keçirilən son seçkilər ölkə tarixinin ən böyük seçkiləri olub. Vətəndaşlar prezidentdən başqa, Konqresin aşağı palatasının 500 üzvü və 128 senatoru, həmçinin 8 qubernatoru və Mexiko şəhərinin merini seçiblər. Otuz səkkiz namizəd kampaniya zamanı, ikisi seçki günü öldürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!