“Məktəblərin bağlanması doğru qərardır“   - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Məktəblərin bağlanması doğru qərardır“ - Ekspert

Sosial

16 Oktyabr 2020 15:14 1243


Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu səbəblə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Yeni qərara görə, oktyabrın 19-dan noyabrın 2-dək  ölkə üzrə bütün təhsil müəssisələrinin və Bakı metropolitenin fəaliyyəti dayandırılacaq.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Elşən Qafarov verilən qərarın doğru olduğunu vurğulayıb:

“Bu gün cəmiyyətimizin bütün təbəqələri qələbə əhvali-ruhiyyəsinə köklənib və xalqın bütün duaları əsgərlərimizlədir. Biz cəbhədə erməni kimi çox hiyləgər bir düşmənlə döyüşməklə yanaşı həm də COVID-19  qarşı mübarizə aparırıq. Cəmiyyət Operativ Qərargahın vaxtaşırı elan etdiyi sanitar-gigiyenik qaydaları gözləməlidir. Pandemiya şəraiti oktyabr ayında bütün dünyada , o cümlədən də Azərbaycanda yenidən geniş yayılmağa başladı. Dövlət ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır. Ona görə də düşünürəm ki, verilmiş qərar doğru qərardır”. pizza mizza

Tədrisdən geri qalmağımıza gəldikdə isə ekspert diqqətə çatdırıb ki, pandemiya bitdikdən sonra Azərbaycan təhsilində yeni bir dövr olacaq və yaranmış boşluqlar aradan qaldırılacaq:

“Bu, 30 il gözlədiyimiz qələbə xəbərindən böyük ola bilməz. Hibrit dərsləri mən əvvəldən qəbul etmirdim. Çünki bunu həyata keçirən istər Amerika, istər Avropa ölkəsində say artmışdı. Bu günədək COVID-lə mübarizədə seçilən Gürcüstanda belə yoluxma genişlənib. Mən qəbul edilən qərarın doğru olduğunu düşünürəm və  tədris prosesinin tərəfləri buna görə narahat olmamalıdırlar. İnşallah, pandemiya bitdikdən sonra yaranan boşluqlar aradan qalxacaq. Ona görə də vətəndaşları sanitar-gigiyenik qaydaları həyata keçirməyə və ordumuza dəstək olmağa çağırıram. Bu dəqiqə ən böyük məsələmiz odur”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!