Məktəbli qızları zorlayan deputatın məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli qızları zorlayan deputatın məhkəməsi başlayır

Dünya

15 Fevral 2022 11:31 1087


Rusiyanın Bryansk vilayətinin məhkəməsi azyaşlı ilə cinsi əlaqədə olmaqda şübhəli bilinən deputatın işinə baxacaq.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən ilin aprelində Bryansk müstəntiqləri azyaşlı ilə cinsi əlaqədə olmaqda şübhəli bilinən deputatı, həmçinin onu fahişəliyə cəlb etməkdə şübhəli bilinən vilayətin sakinini saxlayıblar.

“Müstəntiqlər deputatın Bryansk vilayətində bir neçə cinayət, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törətdiyi cinayət işinin istintaqını yekunlaşdırıb. Hazırda cinayət işi baxılması üçün məhkəməyə göndərilib”, - deyə məlumatda bildirilir. Marqarita pizza

Qeyd olunur ki, Dyatkovo Rayon Şurasının 49 yaşlı deputatı on dörd yaşına çatmamış şəxslərlə cinsi əlaqədə olmaq və nalayiq hərəkətlər etməkdə və bir sıra digər cinayətlərdə ittiham olunur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2016-cı ilin iyul ayından 2021-ci ilin aprel ayına kimi Bryansk vilayətindəki evində 13-16 yaşlı yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olub, onlara bunun müqabilində pul ödəyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!