“Mən Bakıdayam, ev şəraitində...” – Əli Həsənovdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Mən Bakıdayam, ev şəraitində...” – Əli Həsənovdan açıqlama

Siyasət

18 Yanvar 2021 17:29 1423


Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilməsi haqda yayılan məlumatlara cavab verib.

“Yeni Sabah” bildirir ki, o, oktyabr ayının 1-dən Bakıda olduğunu, ev şəraitində müalicə olunduğunu və yadadıcılıq fəaliyyətini də davam etdirdiyini qeyd edib: “Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.

O, həmçinin onun fəaliyyətini tənqid edən medianı da ittiham edib. Deyib ki, Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq onun haqqında bir sıra media qurumları yalan xəbərlər uydurur. “Bu gün də “Çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” yalan xəbər spekulyantlarının çamur guşəsində  “Əli Həsənov tutularaq Azərbaycana gətirildi”  başlıqlı növbəti yalan yayıblar”.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!