“Məni çəkmə, anam elə bilir Bakıdayam...“ - Cəbhədəki əsgərimizin videosu yayıldı

saytların hazırlanması

Evə çatdırılma

“Məni çəkmə, anam elə bilir Bakıdayam...“ - Cəbhədəki əsgərimizin videosu yayıldı

Sosial

25 Noyabr 2020 12:25 3871


Daha bir hərbçi tarixçəmiz var. Ailənin yeganə oğlu, bacısının bircə qardaşıdır Abdulla. Yolunu həsrətlə gözləyən bir nişanlısı da var.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, Həkəri çayında əl-üzünü yuyan zaman dostuna məni çəkmə anam elə bilir ki, Bakıdayam deyən qəhrəmanımızın videosu sosial şəbəkələrdə geniş yayılaraq, hər kəsin marağına səbəb oldu.

Əməkdaşlarımız balasının cəbhəyə yollandığından xəbərsiz olan ana, həmçinin, ailənin digər üzvləri ilə həmsöhbət olublar. Pepperoni pizza

Bu gülərüz qəhrəmanımızın adı Abdulladır. Anası nigaran qalmasın deyə Bakıya təlimə gedirəm deyib evdən çıxsa da, birbaşa cəbhəyə,vətəni qorumağa yollanıb. Ana deyir ki, balasının üzünü uzun müddət sonra sosial şəbəkələrdə yayılan bu videoda görüb.

Abdulla Cəbrayıl həsrəti ilə dünyasını dəyişən babasının adını daşıyır. Onun yolunu səbirsizliklə gözləyənlər arasında nənəsi var.

Əslən Cəbrayılın Soltanlı kəndindən olan Abdulla 1 bacının yeganə qardaşıdır . Sağ-salamat gəl, igid. Sənin yolunu təkcə ailən yox, bütün Azərbaycan gözləyir!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!