Məşhur avtomobil istehsalçısı İFLAS ETDİ - Daha bu maşınlar olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Məşhur avtomobil istehsalçısı İFLAS ETDİ - Daha bu maşınlar olmayacaq

Dünya

19 İyun 2024 14:12 11603


ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı Fisker iflas elan edib.

Yenisabah.az xəbər verir ki, istehsalçı iyunun 17-də Delaver ştatında ABŞ İflas Məcəlləsinin 11-ci Fəsli üzrə iflas elan edib.

Aktivlərin satışı ilə bağlı maliyyə maraqlı tərəflərlə danışıqlar aparıldığı açıqlanıb və Fiskerin qurulduğu gündən bəri inanılmaz irəliləyiş əldə etdiyi bildirilib: Marqarita pizza

“Lakin biz də elektrikli avtomobil sənayesindəki digər şirkətlər kimi, səmərəli fəaliyyət göstərmə qabiliyyətimizə təsir edən müxtəlif bazar və makroiqtisadi proseslərlə qarşılaşdıq".

Açıqlamada, Fiskerin daha əvvəl elan etdiyi istehsalı dayandırma qərarının icrasına davam ediləcəyi qeyd edilib.

Bildirilir ki, son vaxtlar tələbin zəifləməsi, maliyyə vəsaitlərinin toplanmasındakı çətinliklər və qlobal təchizat zənciri problemləri səbəbindən rəqabətli elektrik avtomobil bazarında əməliyyat çətinlikləri yaranıb.

Qeyd edək ki, Lordstown Motors, Proterra, Electric Last Mile Solutions və Arrival iflas üçün müraciət etmiş digər elektrik avtomobil istehsalçıları arasındadır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!