Məşhur bloqer başında güllə yarası ilə ölü tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Məşhur bloqer başında güllə yarası ilə ölü tapılıb

Hadisə

10 Dekabr 2022 08:49 1037


Gözəllik mövzularını işıqlandıran populyar bloqer Maya Yaneska Yohannesburqdakı dəbdəbəli evində ölü tapılıb.

O, başından güllə yarası alıb.

“Göstərilən ünvana çatanda polis qadını çarpayıda başından güllə yarası ilə aşkar edib. Yanında tapança olub. Qadının təcili tibbi yardım əməkdaşları tərəfindən öldüyü elan edilib”, - polis sözçüsü polkovnik-leytenant Mavela Masondo bildirib. pizza

1,2 milyonu olan “Instagram” hesabının abunəçiləri byuti-bloqer və vizajist Maya Mia istifadəçi adı ilə tanınırdı. Onun sevgilisi, “Carnilinx” tütün istehsalçısı şirkətinin rəhbəri Kayl Fillips polisə yataq otağından güllə səsi eşidəndə vanna otağında dişlərini fırçaladığını deyib.

Silahın dəqiq kimə məxsus olduğunu polis açıqlamayıb, bunun istintaqa mane olacağı bildirilib. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!