Artıq dekabr ayının ikinci həftəsindəyik və bu o deməkdir ki, 2022-ci illə yavaş-yavaş vidalaşırıq. Bununla bağlı bir çox yerlərdə şou prqramlar elan edilib və hər kəs bayramı özünəməxsus şəkildə qarşılamağa hazırlaşır. Kimisi evində, kimi xarici ölkədə, kimisi də restoranlarda.
Hamıya tanış olan “Yeni ili necə keçirtsən o cür də ili başa vuracaqsan”, deyimi var.
Bəs azərbaycanlı məşhurlar 2023-cü ili harada və kiminlə qarşılayacaq? pizza hut
Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı ötən il bayram günü çalışsa da, bu il üçün hələ ki, dəqiq qərar vermədiyini açıqlayıb:
“Qapandıqdan sonra bayram günlərində heç işləməmişdim, çalışırdım evdə, uşaqlarımla birlikdə qeyd edim. Bircə ötən il işlədim, onda da həm ziyarət, həm ticarət oldu. Rayonların birində istirahət mərkəzindən təklif gəlmişdi, oranın restoranında həm işlədim, həm də uşaqlarla birlikdə rayonda qalıb, istirahət etdik. Bu il üçün də bir neçə təklif gəlib, amma hələ ki, dəqiq deyil. Böyük ehtimalla evdə övladlarımla olacam, çünki uşaqlar həmişə yeni ili səbrsizliklə gözləyirlər. Uşaq olan evdə necə bayram keçirməyəsən? Allah yeni ilimizi düşərli, ruzili, bərəkətli etsin. Bu bayramda hamının qazanı qaynasın, ruzi-bərəkəti, sevinci bol olsun”.
Bu il də ötən illərdə olduğu kimi “Yeni ili qeyd etmək, yolka qurmaq haramdır” kimi fikirlər səsləndirilir və ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Bu mövzu ilə bağlı da danışan sənətçi evində yolka qurulduğunu deyib:
“Mən yalan danışa bilmərəm, biz evdə yolka qururuq. Müharibə vaxtı şəhidlərimiz olduğuna görə həmin ildə qurmamışdıq. Uşaqlı evdə qurmamaq olmur, bizim evdə də qurulur. Biz Şaxta babaya inanmırıq, ondan nə isə istəmirik. İstədiyimizi yalnız Allahdan istəyirik, övladlarıma da əvvəldən bunu başa salmışam. Hər şeyi verən Allahdır, ona görə ondan diləyirik. Bayramı isə keçiririk, çünki həm uşaqlar istəyir, həm də onlara hər şeyi başa düşəcəkləri qədər başa salıram. Başa düşməyəcəyi şeylərlə isə onları yükləmək istəmirəm”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız