"Məsud Pezeşkian prezident ola bilər və o bu ehtimala hazırdır".
Yenisabah.az Etemad-a istinadla xəbər verir ki, bunu tanınmış iranlı analitik Səid Leylaz bildirib.
"İnanıram ki, Seyid Məhəmməd Xatəmi hökumətindən sonra Pezeşkianın namizəd kimi təsdiqi ilə ölkədə əsaslı dəyişikliklər etmək üçün ən böyük fürsət yaranıb. Fikrimcə, İran İslam Respublikası bu namizədiə təsdiqləməklə böyük addım atıb. Siyasi sistemin ehtimalı budur ki, Pezeşkian prezident ola bilər və o bu ehtimala hazırdır", - deyə analitik vurğulayıb. pizza
Səid Leylaz əlavə edib: "Ölkədə yeni hərəkatlar yaranıb və yeni dövr başlayıb. Düşünürəm ki, seçkilərdə 40 milyondan çox iranlı iştirak edəcək. Pezeşkianın ilk turda qalib gəlib iqtidara gəlmə ehtimalı var. Biz bütün İran xalqını əvvəlcə səs verməyə, sonra isə Pezeşkiana səs verməyə dəvət etməliyik".
Telegram kanalımız