Məsud Pezeşkianın andiçmə tarixi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Məsud Pezeşkianın andiçmə tarixi məlum oldu

Dünya

06 İyul 2024 10:18 819


Gələn həftə Məsud Pezeşkianın rəsmən prezident vəzifəsini icra etməsi mümkündür.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İslami Şura Məclisinin (parlament) deputatı Əli Əkbər Rəncbərzadə deyib.

Onun sözlərinə görə, seçilmiş prezidentin komandası hazır olan kimi andiçmə mərasimini keçirilə bilər. Toyuqlu pizza

“Parlament inaqurasiya mərasimi keçirməyə hazırdır. Seçilmiş prezidentin komandası hazır olduqda, elə ilk fürsətdə andiçmə mərasimini keçirmək olar. Parlamentdə tətil fasilənə baxmayaraq, seçilmiş prezidentin komandası hazır olarsa, bu həftə andiçmə mərasimini keçirə bilər. İnauqurasiya mərasiminə xarici qonaqlar da dəvət olunacaq".

Rəncbərzadə əlavə edib ki, bundan əvvəl Məsud Pezeşkian həm də millət vəkilliyindən istefa verməlidir. Parlament üzvləri də onun istefasına razılıq verməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!