Mətanət Əsədova: “Dedilər, üzünə gel vursun“

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əsədova: “Dedilər, üzünə gel vursun“

Şou

27 Yanvar 2023 15:59 897


“O vaxt məni aldatdılar, dedilər ki, üzünə gel vursun. Razılığını verdim....”

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib.

“Səhər Mərkəzi” proqramında qonaq olan ifaçı bu barədə danışıb: pizza hut

“Üzümün gözəl dərisi vardı. Üzümdə təkcə burun əməliyyatı etdirmişəm. Burun insanı necə dəyişir. Uzun sifətim, arıq çənəm vardı. Burnum o cür yaraşıqlı simamı itirmişdi. Burnumu əməliyyat etdim, sonra getdim gözəllik salonların birinə. Orada bir çox xanımlar üzünə gel vurdururdu.

Geli vuran isə heç tibb bacısı deyildi. Sonradan öyrəndim ki, o, salonun xadiməsi olub. Mən də bunu haradan bilim. Aldatdılar, dedilər ki, bu xanım üzünə gel vursun. Razılığını verdim. Süni geli üzümə vurdu. Ondan sonra üzüm “çopur-çopur” oldu. 2009-cu ildən bu problemlə yaşayıram. Yaxın günlərdə estetik əməliyyat keçirib, həmin gelləri üzümdən çıxaracam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!