Meyxanaçı: “Rəşad Dağlı ilə görüşəcəyəm“

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı: “Rəşad Dağlı ilə görüşəcəyəm“

Şou

17 Fevral 2023 10:59 1187


Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb. 

Yenisabah.az xəbər verir ki, o, "TikTok"da canlı yayım zamanı həbsxanada olan Rəşadla görüşəcəyini deyib: 

“Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Çünki mənə verəcək cavabı yoxdur. Dörd divar arasındadır, qolu bağlıdır. İnşallah görüşəcəyik, üzbəüz gələndə mənim ona, onun mənə deyiləcək sözü olacaq. Bir insan ki, mənə cavab vermə imkanı yoxdur, ona nə gəldi demək mənə yaraşmaz. İnşallah yaxşı olur”. pizza sifarişi

Qeyd edək ki, R. Dağlı İskəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!