Milli məclisin deputatı Fəzail Ağamalı tarixi torpaqlarımızla bağlı paylaşım edib.
Yenisabah.az həmin paylaşımı təqdim edir:
"Cənab Prezident İlham Əliyevin 2015-ci il aprelin 10-da söyləmiş olduğu aşağıdakı fikirləri yüksək qiymətləndirir, onu yaxın gələcəyə hədəflənmiş böyük vətənpərvərlik çağırışı kimi dəyərləndirir və bütün xalqımızı həmin fikirlərin müdafiə olunmasına və təbliğatına səsləyirəm: BİZ TARİXİ TORPAQLARIMIZA QAYIDACAĞIQ! Marqarita pizza
“Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir”.
Telegram kanalımız