Milli Məclisdə Vətən müharibəsinin qazisi və idmançılarla görüş keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə Vətən müharibəsinin qazisi və idmançılarla görüş keçirildi - Foto

Siyasət

09 Fevral 2021 21:08 748


Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Vitse-spiker əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

A.Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, Azərbaycanın dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib. pizza sifarişi

Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!