Milli Məclisin Qarabağda iclası keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin Qarabağda iclası keçiriləcək

Siyasət

25 Yanvar 2021 14:08 560


“Aqrar siyasət komitəsi üzvlərinin işğaldan azad edilmiş torpaqlarda iclas keçirmək istəyini Tədbirlər Planına salmışıq”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  bildirib. Komitə sədri Modern.az-a açıqlamasında deyib ki, ərazilər minalardan təmizlənəndən sonra bu işlər gerçəkləşəcək:

“Hesab edirəm ki, komitə üzvləri işğaldan azad edilmiş ərazilərdə işlərin gedişatı ilə tanış olmalıdırlar. Məlumat var ki, Ağdamda 1165 hektar  taxıl əkilib. Bu çox yaxşı rəqəmdir. Bu kampaniya Füzuli və digər yerlərdə də aparılacaq. Aqrar sahənin inkişafı ilə bağlı tədbirlər görüləcək. Hazırda ərazilər minalardan təmizlənir. Təmizlənmə tam başa çatandan sonra razılıq əsasında həmin regionlarda olmağı planlaşdırırıq.  Bu ay da olmasa, növbəti aylarda komitə olaraq apreldə, mayda, iyunda həmin yerlərə bir neçə dəfə baş çəkəcəyik”. Marqarita pizza

Tahir Rzayev fevralda işğaldan azad edilmiş ərazilərə qısamüddətli səfər edəcəyini də söyləyib:

“Fikrimdə var ki, fevralda  komitə üzvləri ilə birgə  Ağdama, Füzuliyə gedək. İşlərin gedişi ilə tanış olmaq istəyirik”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!