Minaaxtaranlarımız Türkiyədə xüsusi təlimlərə qatılıblar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Minaaxtaranlarımız Türkiyədə xüsusi təlimlərə qatılıblar - Fotolar

Siyasət

02 Fevral 2021 21:14 671


Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərlik şəxsi heyəti Türkiyədə təşkil olunan Xüsusi Mina Axtarış və Təmizləmə kursuna qatılıb.

Yenisabah.az bildirir ki, Türkiyənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, sözügedən kurslar İzmir şəhərində 3-29 yanvar aralığında təşkil olunub. İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə bitirən əsgərlərimiz artıq İzmirdən Azərbaycana yola salınıb.

Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad olunmuş ərazilərin mina və əl istehsalı partlayıcı maddələrdən təmizləməsi işlərini birlikdə həyata keçirirlər. Sezar pizza

Azərbaycan Ordusuna bu işdə dəstək məqsədilə bölgəyə göndərilən Türkiyə Quru Qoşunları Komandanlığının şəxsi heyəti minaaxtaranlarımıza yardım etməklə yanaşı, onlara təlim də keçir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!